Avtoreyd.Az Gündəm 9 min dollara qədər olan biletlərdən al və bu qatarla səyahətə çıx-VİDEO

9 min dollara qədər olan biletlərdən al və bu qatarla səyahətə çıx-VİDEO

| | 0 Comments | 01:55

 

Yaponiyanın East Japan Railway dəmiryolu şirkəti lüks xidmət göstərən Train Suite Shiki-shima qatarını istifadəyə verib. Qatar may ayından noyabr ayına kimi Hokkaydo və Yaponiyanın şimal-şərq bölgəsi üzrə dördgünlük və Yamanasi, Naqano və Fukusima ətrafında ikigünlük səyahətə çıxacaq. Train Suite Shiki-shima ilə səyahət etmək istəyən hər bir sərnişin üçün biletin qiyməti 2865 dollardan (iki gündən dörd günə qədər olan səyahət üçün) 8500 dollara qədərdir. 10 vaqondan ibarət 34 nəfər sərnişin üçün nəzərdə tutulan qatarda 17 nömrə var: 2 böyük və 15 kiçik.

Qatar üçün qab-qacaq Yamadzaki Kinzoku Koqu tərəfindən hazırlanıb. Qeyd edək ki, Nobel mükafatı şərəfinə təşkil olunan banketlərdə məhz onun yemək dəstlərindən  istifadə olunur.

Qatarda ən bahalı nömrə üç otaqdan ibarətdir: yataq,qonaq və vanna otağı.

Yaponiya üzrə lüks turizm, qiymətlərin bahalığına baxmayaraq çox tez məşhurlaşıb.Train Suite Shiki-shima qatarına 2018-ci ilə qədər olan bütün biletlər artıq satılıb.

Related Post