Avtoreyd.Az Dörd çarx Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib.

Məlumat üçün bildirək ki, Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik 07.12.2019-cu il tarixdən tətbiq ediləcək.

AvtoReyd.Az

Related Post

Yük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEOYük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEO

Yük avtomobilini minik maşını kimi idarə edir… Xezerxeber.az-ın məlumatına görə, şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb. Eyni istiqamətdə hərəkətdə olan

Sürücülərin nəzərinə:Bu yollarda rənglənmə işləri aparılırSürücülərin nəzərinə:Bu yollarda rənglənmə işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60 –cı km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik