Kiyevdə keçirilən “Fransız baharı” adlı festival qeyri-adi tamaşa ilə yekunlaşıb.
Ekskavatorla rəqs edən kişinin göstərdiyi səhnə Ukrayna paytaxtındakı Xalqlar Dostluğu Tağının yaxınlığında baş tutub. Rəqs nömrəsi 7 dəqiqədən çox davam edib. Çıxış zamanı rəqqas, xüsusi şəkildə, ekskavatorun çalovundan yapışaraq dövrə vurub.