“AvtoVAZ” istehsalçısı bütün model cərgəsinin qiymətlərini orta hesabla 2,3 fayız qaldıracaq.
Ən çox qiymət artımı – 3,8 fayız – “Vesta” sedanına şamil olunacaq. Satış üzrə lider “Qranta” ailəsinə məxsus sedanların qiyməti 2,5 fayiz artırılacaq. “Lada” 4×4 avtomobilllərin qiymətləri 2,9 fayız, cərgənin ən bahalı modeli “Lada Vesta Sport”un qiyməti isə 1,5 fayız qaldırılacaq. Ən az artım isə xetçbek “Lada Xray”də – 0,8 fayız olacaq.
Digər avtomobil istehsalçıları qiymət artımını elan etdiylərinə görə, “AvtoVAZ”ın qiymət artımı Rusiya bazarındakı payına təsir etməyəcək.
“AvtoVAZ”, 2018-ci ildə montaj konveyerindən 560 mindən çox avtomobil buraxaraq Rusiyanın ən nəhəng minik avtomobili istehsalçısı olaraq qalmaqdadır.
Xatırladaq ki, “AvtoVaz” qrupu “Renault-Nissan-Mitsubishi” alyansına daxildir.