Avtoreyd.Az Dörd çarx “Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb

“Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb


Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib, bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bunun üçün sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb.

Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.

Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.

Ümumilikdə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

AvtoReyd.Az

Related Post

BNA “Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirdibBNA “Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirdib

“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün “Layihələrin hazırlanması və idarəedilməsi” mövzusunda təlim keçirilib. Könüllülərə layihələr və onların yazılma qaydaları, layihələrin idarəedilməsi funksiyaları, SWOT (Güclü cəhətlər, zəif cəhətlər, imkanlar və təhlükələr)