Çin istehsalı olan C919 ilk sərnişin avialayneri sınaqdan keçirilib.
Şanxay aeroportundan qalxan təyyarə, bir saat 20 dəqiqə ərizndə havada sınaq uçuşu həyata keçirib. Bu zaman təyyarənin göyərtəsində beş nəfər ekipaj üzvü olub. Üç min metr hündürlüyə qalxan təyyarənin sınağı uğurla başa çatıb.
AvtoReyd.Az məlumatına görə Çinin Comac korporasiyası tərəfindən hazırlanan layner, Airbus A320 və Boeing 737-800 təyyarələrini bazarda sıxışdırmaq məqsədi daşıyır. Çin təyyarəsinin maksimal uçuş məsafəsi 5,5 min kilometrdir. Şirkət, müxtəlif sayda sərnişin yerlərinə hesablanmış bir neçə variantda təyyarə istehsal edəcək. Comac korporasiyası artıq 23 aviadaşıyıcıdan 570 sifarişin daxil olması haqda məlumat verib.
