Yağıntılı havalarda avtomobil tunellərində və yeraltı piyada keçidlərində yağış sularının yığılmasının qarşısını almaq məqsədi ilə təmizlik işləri aparılıb, bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bakı şəhərində mövcud olan bütün avtomobil tunellərinin yanaşma yollarında və içərisində, həmçinin yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sistemi təmizlənərək ötürücülüyü bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil tunellərindən və piyada keçidlərindən istifadə edən vətəndaşlardan yağış-kanalizasiya sistemlərinin ötürücülüyündə problemlərin yaşanmaması üçün təmizliyə riayət etmələrini xahiş edir.

 

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.