Avtoreyd.Az Gündəm Vilayət Eyvazov nazir müavininin rəis qardaşını işdən çıxardı

Vilayət Eyvazov nazir müavininin rəis qardaşını işdən çıxardı


Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) kadrlar şöbəsinin rəisi, polkovnik-leytenant Fail Quliyev vəzifəsindən azad olunub.

AvtoReyd.Az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, polkovnik-leytenant Fail Quliyev Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.

AvtoReyd.Az

Related Post