Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü kameraya düşüb. 

AvtoReyd.Az Oxu.Az xəbər verir ki, “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil sürət həddi 90 km/saat olan yolda ən sol zolaqla əks yola çıxıb. 

Həmin görüntülər Bakı istiqamətində hərəkət edən avtomobillərdən birindəki kameraya əks olunub. 

Görüntülər yolun Xırdalandan keçən hissəsində qeydə alınıb. 

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.