İsveçrənin Solar Stratos layihəsinin günəş batareyaları ilə çalışan təyyarəsi ilk test uçuşunun öhdəsindən uğurla gəlib.

AvtoReyd.Az verdiyi məlumata görə günəş enerjisi ilə işləyən yeni təyyarənin uzunluğu 8,5 metrdir. Aparatın 22 м² sahəni əhatə edən qanadları, tamamilə günəş batareyaları ilə örtülüb.

İlk uçuş İsveçrənin qərbində Payern aerodromunda baş tutub. 300 metr hündürlüyə qalxan təyyarəni, yeddi dəqiqə ərzində pilot Damian Xişir idarə edib.

İstehsalçıların planlarına əsasən, təyyarə gələcəkdə dəniz səviyyəsindən təxminən 25 min metr hündürlüyünə qədər qalxa biləcək. Günəş batareyaları ilə çalışan təyyarənin stratosferə ilk uçuşu, 2018-ci ildə planlaşdırılır.

AvtoReyd.Az

By