Londonda keçirilən motorşouda Mikki Maus üçün hazırlanan hot rod nümayiş edilib. Bu, Disney Junior və DisneyLife kanallarında ekranlara çıxacaq “Mickey and the Road Racers” adlı yeni cizgi filmində yer alacaq avtomobilin tam ölçülü maketidir.
“Hot Doggin Hot Rod” adını alan avtomobilin uzunluğu təxminən 2,5 metrdir(müqayisə üçün Smart Fortwo 2,69 metrdir). Avtomobilin hazırlanmasına üç ay vaxt lazım olub. Dizayna görə, güman edilir ki, avtomobil altı silindrli mühərriklə təchiz edilib. “28” rəqəmi isə Mikki Mausun ilk dəfə ekranlara çıxdığı 1928-ci ilə işarədir.