Avtoreyd.Az Dörd çarx Daha bir avtobus nağdsız-vahid kart sisteminə keçir

Daha bir avtobus nağdsız-vahid kart sisteminə keçir


Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq, bu barədə AvtoReyd.Az-a qurumun mətbuat xidmətindən məlumat veilib. 24.01.2020-ci il tarixindən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

AvtoReyd.Az

Related Post

Maşın alanların diqqətinə: “Bu avtomobillərin spidometri geri çəkilir” – Sumqayıtdan VİDEOREPORTAJMaşın alanların diqqətinə: “Bu avtomobillərin spidometri geri çəkilir” – Sumqayıtdan VİDEOREPORTAJ

Avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür. Amma bəzi işbazlar maşını baha satmaq üçün nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazına müdaxilə edirlər. Yəni, kilometrajı geri çəkirlər.