Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. “Mercedes Vito” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər “Mercedes” markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb.  Qəza nəticəsində “Mercedes Vito”  markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Məmmədov Natiq Bilal oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.