Avtoreyd.Az Dörd çarx Daha bir marşrut kart sisteminə keçir

Daha bir marşrut kart sisteminə keçir


Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. 24.02.2020-ci il tarixindən 37 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək, bu barədə AvtoReyd.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumat üçün bildiririk ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

AvtoReyd.Az

Related Post

Maşın alanların diqqətinə: “Bu avtomobillərin spidometri geri çəkilir” – Sumqayıtdan VİDEOREPORTAJMaşın alanların diqqətinə: “Bu avtomobillərin spidometri geri çəkilir” – Sumqayıtdan VİDEOREPORTAJ

Avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür. Amma bəzi işbazlar maşını baha satmaq üçün nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazına müdaxilə edirlər. Yəni, kilometrajı geri çəkirlər.

“Bir bakal pivə içmişəm, sərxoş deyiləm” – Sürücünün sərxoşluğu necə ölçülməlidir? – VİDEO“Bir bakal pivə içmişəm, sərxoş deyiləm” – Sürücünün sərxoşluğu necə ölçülməlidir? – VİDEO

Yol polisi sürücülərə dəfələrlə xəbərdarlıq edir ki, spirtli içki qəbul edib sükan arxasına keçməyin. Amma təəssüflər olsun ki, buna məhəl qoymayan sürücülər hələ də var. Əbəs yerə bu mövzuya toxunmamışıq.