Peterburq sakini Pavel Kobyak Rus coğrafiya cəmiyyətinin tapşırığı üzrə yeni ekspedisiyaya hazırlaşır. Hazırda o, səhrada səfər etmək üçün xüsusi olaraq hazırlanan avtomobili sınaqdan keçirib.
Səyahın avtomobili fərqli detallardan Peterburqda yığılıb. Tamötürücülü avtomobilin nə şüşəsi, nə də qapısı var. Sürücü və sərnişini yalnız metal karkas qoruyur. Lakin nəqliyyat vasitəsinin olduqca tutumlu yük yeri var.
Pavel Kobyak Qobi səhrasına atası ilə birlikdə yola düşəcək. Iyulun 13-də onlar Çita şəhərindən start götürməyi planlaşdırırlar. Daha sonra isə onların marşrutu Çin, Mançjuriya boyunca uzanaraq Monqolustanın paytaxtını Ulan-Bator qədər gedib çıxacaq. Qobi səhrasında səyahətçilər 2-3 gün qaldıqdan sonra, Altay vasitəsilə yenidən Rusiyaya qayıdacaqlar.