Avtoreyd.Az Dörd çarx Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.

AvtoReyd.Az

Related Post

Şamaxıda yol tikintisinə 7,9 milyon manat ayrılıbŞamaxıda yol tikintisinə 7,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev avqustun 27-də Şamaxı rayonunun Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. İki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi məqsədi ilə

Yasamal rayonunda daha iki küçənin əsaslı şəkildə təmirinə başlanılıb (Video+Foto)Yasamal rayonunda daha iki küçənin əsaslı şəkildə təmirinə başlanılıb (Video+Foto)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Dövlət Agentliyi