Avtoreyd.Az Gündəm Azərbaycanlı gənclərdən unikal ixtira – sürücülərə kömək olacaq – VİDEO

Azərbaycanlı gənclərdən unikal ixtira – sürücülərə kömək olacaq – VİDEO


Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur.

Amma azərbaycanlı gənclərin ixtirası bu problemin qarşısının alınmasına kömək olacaq. Odur ki, onların hazırladıqları eynəyin sükan arxasında yuxulayan sürücülərə köməyi dəyəcəyini demək olar.

Xezerxeber.az məlumat verir ki, gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu gənclər hazırladıqları eynəklə yəqin ki, yaxın zamanda bütün dünyada tanınacaqlar.

Onlar belə bir eynəyi düzəltməyə dostlarının ailəsində baş verən hadisədən sonra qərar veriblər.

Eynək göz qapaqlarının yumulmasının yatmaq və ya göz qırpması olduğunu ən gec 3

saniyədə təyin edir. Bundan sonra məlumatı blutuz vasitəsi ilə mobil telefondakı proqrama göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Gənclər Azərbaycan Texniki Universitetinin SABAH qrupunun tələbələridir.

AvtoReyd.Az

Related Post

Dövlət başçısı Beyləqanda yol tikintisinə 18,04 milyon manat ayırıbDövlət başçısı Beyləqanda yol tikintisinə 18,04 milyon manat ayırıb

Prezident İlham Əliyev Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  “Report”un məlumatına görə, sərəncamla iyirmi iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli