Avtoreyd.Az Dörd çarx Daha bir ünvanda müasir küçədə dizaynının elemetlərindən istifadə olunur

Daha bir ünvanda müasir küçədə dizaynının elemetlərindən istifadə olunur


Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədirŞ bu barədə AvtoReyd.Az – a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülmüş, müasir küçə dizaynının elemetlərindən istifadə edilmişdir.

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılmışdır. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilmiş, cib tipli parklanma yerləri təşkil edilmiş, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilmişdir.

Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə svetofor obyektinin quraşdırılması istiqamətində işlər aparılmaqdadır.

AvtoReyd.Az

Related Post

Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)

Formula 1 üzrə Azərbaycan Qran Prisinin iştirakçısı olan “Haas” komandasının pilotları – Roman Qrojan və Kevin Maqnussenin iştirakı ilə avtoqraf sessiyası keçirilib.AvtoReyd.Az “Report”un məlumatına görə,bildirir ki, Bakı Bulvarında baş tutan

Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb – VİDEO / FOTOFətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb – VİDEO / FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətind aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba şəhəri Fətəli Xan küçəsində təmir-tikinti işləri aparılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,sözügedən küçənin uzunluğu 1.4