Avtoreyd.Az Dörd çarx Polis BNA ilə birgə tədbir keçirib

Polis BNA ilə birgə tədbir keçirib


Vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb.

Bu çərçivədə ilk tədbir “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, yerli polis orqanının əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb, maarifləndirici söhbətlər aparıb və sanitar rejimin tələblərini izah ediblər. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Analoji tədbir mütəmadi olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək. Tədbirlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əməkdaşları da iştirak edir.

Məlumat üçün onu da qeyd edək ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sərnişin avtobuslarının üzərindəki reklam yerlərində və salonunda sosial izolyasiya qaydalarını təşviq edən lövhələr də yerləşdirilib.

AvtoReyd.Az

Related Post

“Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət qısa müddətə məhdudlaşdırılacaq“Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət qısa müddətə məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq, sabah gecə saatlarında Bakının Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətə məhdudlaşdırılacaq. AvtoReyd.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə