Qarşılayın Boeing 787 Dreamliner avialayneri əsasında düzəldilmiş dünyanın ən böyük Dreamliner B787 Dreamjet-in şəxsi təyyarəsi. Adi təyyarə minimum 240 sərnişin tuta bilərsə, bu hava gəmisi yalnız 30 insan üçün hesablanmışdır.
AvtoReyd.Az-ın verdiyi xəbərə görə bu təyyarəylə uçan bəxtəvərlər bahalı penthauslarla müqayisə edilə bilən maksimal rahatlıqla və cah-calalla mühasirəyə alınacaq. Konfransları keçirmək və uçuş zamanı sakit dincəlməyə imkan yaradan böyük zaldan başqa içində həmçinin bir neçə yataq ,hətta vanna otaqları mövcuddur. Təyyarənin dəyəri demək olar ki, 300 milyon dollar təşkil edir, amma onun icarəsi saata 26 min dollarda keçəcək.