Avtoreyd.Az Nəqliyyat BNA daha bir yol kəsişməsində svetofor obyekti quraşdırıb

BNA daha bir yol kəsişməsində svetofor obyekti quraşdırıb


Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Xəzər rayonu Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb. 

Kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaratdığı və piyadaların həyatları üçün də böyük risk olduğu müəyyən edilib.

Problemləri aradan qaldırmaq məqsədilə, sözügedən yol kəsişməsində svetofor obyektləri quraşdırılıb. Svetofor dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub, bu barədə AvtoReyd.Az – Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla da qeyd edilən ünvanda piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib, nəqliyyat ləngimələri aradan qaldırılıb.

AvtoReyd.Az

Related Post

Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilibŞuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır. Yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə