Avtoreyd.Az Gündəm Geri qaytarılan avtomobillərin sayı açıqlandı

Geri qaytarılan avtomobillərin sayı açıqlandı


Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar bu gün saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.

AvtoReyd.Az xəbər veririnə görə, bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev “report”a bildirib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan yeddi nəqliyyat vasitəsi rayon, beşi paytaxt istiqamətinə olmaqla geri qaytarılıb:

“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan dördü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb.

Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb”.

AvtoReyd.Az

Related Post

Biləsuvarda duman avtomobillərin hərəkətində problemlər yaradıb – FOTOBiləsuvarda duman avtomobillərin hərəkətində problemlər yaradıb – FOTO

Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb. “Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur. Nəticədə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində

Prezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edibPrezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib. AvtoReyd.Az-ın xəbərinə görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat