Avtoreyd.Az Gündəm İctimai nəqliyyatda gedişhaqları artacaq?

İctimai nəqliyyatda gedişhaqları artacaq?


Aİ-92 markalı benzinin və dizelin qiymətinin artması ictimai nəqliyyatda gedişhaqlarına təsir etməyəcək.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymətlər dəyişməyəcək. Hazırda bu məsələ gündəmdə deyil.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən də bildirilib ki, rayonlar və şəhərlərarası sərnişindaşımada da qiymət artımı olmayacaq. Bu fəaliyyətlə məşğul olan sahibkarlara müəyyən güzəştlər ediləcək.

Taksilərdə süni qiymət artımına yol verilməməsi üçün isə nəzarət tədbirləri gücləndiriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən də “Xəzər Xəbər”ə bildirildi ki, bu nəqliyyat növündə gedişhaqqının artırılması hazırda gündəmdə deyil

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

AvtoReyd.Az

Related Post

Nəzərdə tutulmuş sürət həddini 60 km/saatdan artıq aşmaqla avtoxuliqanlıq edənlər iki ayadək həbs ediləcəkNəzərdə tutulmuş sürət həddini 60 km/saatdan artıq aşmaqla avtoxuliqanlıq edənlər iki ayadək həbs ediləcək

Avtoxuliqanlıq hərəkətlərini yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə iki ay müddətə inzibati həbs tətbiq olunacaq. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, bununla bağlı İnzibati

Taksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyibTaksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına