Avtoreyd.Az Gündəm Şirkətlərin cərimələnən avtomobillərinin dayandırılması qaydası müəyyənləşir

Şirkətlərin cərimələnən avtomobillərinin dayandırılması qaydası müəyyənləşir


Nəqliyyat vasitələrinin saxlanılmasına dair halların sayı artırılır.

AvtoReyd.Az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni – 97.4-1-ci maddənin əlavə olunması təklif edilir. Beləliklə, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlara (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) əlaqədar sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul ediləcək. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılacaq. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunacaq.

AvtoReyd.Az

Related Post

Azərbaycanda bir sıra dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilibAzərbaycanda bir sıra dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib

Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadəsinə xitam verilib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən