Avtoreyd.Az Gündəm “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi


Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

AvtoReyd.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanında dəyişiklik edilməsilə mümkün olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na dəyişiklik edilib.

AvtoReyd.Az

Related Post

Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”

Bakıda hər gün baş verən piyada ölümlərindən biri gözlənilmədən geniş ictimai müzakirələr üçün mövzuya çevrilib.  Virtualaz.org xəbər verir ki, Heydər Əliyev prospektində, Sabunçu körpüsünün üzərində yolu süpürən qadınlardan birinin “Kamaz”la vurulub