Avtoreyd.Az Avtoxəbər “Jaguar Land Rover” elektromobillər istehsal edəcək

“Jaguar Land Rover” elektromobillər istehsal edəcək


Tanınmış avtomobil istehsalçılarından biri olan “Jaguar Land Rover” 2030-cu ilədək ənənəvi yanacaq mühərrikli avtomobillərdən imtina edəcəyini açıqlayıb.

“Habertürk”ün məlumatına görə, bu tarixdən etibarən şirkət yalnız elektromobillərin istehsalı ilə məşğul olacaq.  

Məlumata əsasən, “Jaguar Land Rover” yeni inkişaf strategiyasını təqdim edib. “Reimagine” adlanan sənəddə növbəti bir neçə il ərzində şirkətin altı elektromobil modeli hazırlayacağı bildirilib. İlk elektrik “Land Rover”in 2024-cü ildə, “Jaguar”ın isə 2025-ci ildə satışa çıxarılacağı planlaşdırılıb.

AvtoReyd.Az

Related Post

Avtomobillərinə qaz avadanlıqları quraşdıran sürücülər cərimələnə bilər (Video)Avtomobillərinə qaz avadanlıqları quraşdıran sürücülər cərimələnə bilər (Video)

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması kütləvi şəkildə yayılıb. Xezerxeber.az-ın məlumatına görə, yanacaq puluna qənaət etmək məqsədi ilə ölkəmizdə sürücülər avtomobilə qaz avadanlığı quraşdırır. Qanunvericiliyə görə, bu dəyişikliyi mütləq avtomobilin texniki