Avtoreyd.Az Nəqliyyat BNA sürücülərə xəbərdarlıq edib

BNA sürücülərə xəbərdarlıq edib


Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

“Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik.

Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. Piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, – deyə qurum bəyan edib.

AvtoReyd.Az

Related Post

31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir

Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir. 31 min