Avtoreyd.Az Gündəm Sabah Paytaxtın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah Paytaxtın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Bakının bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

AvtoReyd.Az xəbər verir ki, bu barədəBakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Xətai rayonundakı “Ana harayı” abidəsi önündə keçiriləcək anım tədbirində iştirak edəcək vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xocalı prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bundan əlavə, Xocalı prospekti ilə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Vaqif Əsədov əlavə edib ki, sabah “Ana harayı” abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdiriləcək.

Sözügedən istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ziyarət başa çatanadək davam edəcək.

AvtoReyd.Az

Related Post

Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)

Azərbaycanda dövlət maşınları satışa çıxarılır. AvtoReyd.Az-in məlumatına görə, 18 sentyabr tarixində hərraca Vergilər Nazirliyinin 8 ədəd avtomobili çıxarılacaq. Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə