Avtoreyd.Az Avtoxəbər Azərbaycanda bu avtomobillərin qiyməti kəskin ucuzlaşacaq

Azərbaycanda bu avtomobillərin qiyməti kəskin ucuzlaşacaq


Azərbaycana idxal olunan elektromobillərin bütün vergi və rüsumlardan azad edilməsi üzərində işlər aparılır.

Hazırda ekoloji baxımdan ən təmiz avtomobillər elektrik mühərrikli avtomobillər sayılır.  Bu avtomobillərin idxalına bir sıra ölkələrdə  xüsusi güzəştlər tətbiq edilir.  Elektrik mühərrikli  avtomobillərin həmçinin  ölkəmizə  idxalı zamanı  müəyyən güzəştlərin  tətbiq edilməsi nəzərdə tutulur. Bununla yanaşı, hibrid mühərrikli avtomobillərə də güzəştlər olunacaq

Azərbaycana idxal olunan elektromobillərin bütün vergi və rüsumlardan azad edilməsi üzərində işlər aparılır. Nazirlər Kabinetinin ötən ilin nəticələrinə dair hesabatında elektromobillərin idxalında güzəştlərin olacağı qeyd edilib. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə olunacaq. Ekspertlər isə güzəştlərin hərtərfəli nəzərə alınmalı olduğunu bildirirlər. Çünki bu avtomobillər həm bahalı olduğundan, həm də usta və ehtiyat hissələri tapılmadığından əlçatan olmaya bilər.

Güzəşt çərçivəsində hibrid avtomobillərin ƏDV-dən azad edilməsi, yeni avtomobillərin rüsumlarının azaldılması və güzəştli kredit şərtləri təqdim olunması da nəzərdə tutulub.

Ekspertlər də ötən illər ərzində hibrid avtomobillərə böyük tələbat yarandığını və bu səbəbdən ilkin olaraq bu avtomobillərə güzəştlər tətbiq edilməli olduğunu bildirir.

Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi və kütləvi istifadəsi ilə bağlı məsələlər “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cu illər üzrə Dövlət Proqramında da nəzərdə tutulub. Proqramın əsas 5 istiqmaətindən biri də məhz ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə olan güzəşt və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir.

AvtoReyd.Az

Related Post

Elektromotorlu “Tesla Semi” yük avtomobili ümumi istifadə edilən yollarda göründü (Video)Elektromotorlu “Tesla Semi” yük avtomobili ümumi istifadə edilən yollarda göründü (Video)

İlon Mask öz yeni tamamilə elektrik yük avtomobili Semi-ni təqdim etməyə imkan tapmamış birinci nüsxələrdən biri ümumi istifadə edilən yollarda fotoşpionlarin kameralarına tuş gəldi. AvtoReyd.Az məlumatına görə,yeniliyi Teslanın dizayner ofisi yaxınlığında