Avtoreyd.Az Nəqliyyat Bakı-Şamaxı avtomobil yolu ilə bağlı MƏLUMAT

Bakı-Şamaxı avtomobil yolu ilə bağlı MƏLUMAT


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində Şamaxı rayonu istiqamətində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Baxmayaraq ki, gecə saatlarından etibarən sözügedən hissədə xüsusi texnikalar qarın təmizlənməsinə cəlb edilib, amma əsən güclü külək nəticəsində yol kənarında olan qar yolun hərəkət hissəsini yenidən örtür, bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, sözügedən problem ancaq Şamaxı rayonu istiqamətində müşahidə olunur. Yol ayrıcına quraşdırılmış dəmir-beton maneələr qarın digər istiqamətə keçməsinin qarşısını alır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin köməkliyi ilə magistral yolun sözügedən 6 km-lik ərazisində əks istiqamət üzrə, yəni paytaxt Bakı istiqamətində müvəqqəti ikitərəfli hərəkət təmin olunub.

Hazırda da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində qarın təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.

AvtoReyd.Az

Related Post

Paytaxtın böyük prospektlərindən birində oğurlanmış yağış barmaqlıqları bərpa olunubPaytaxtın böyük prospektlərindən birində oğurlanmış yağış barmaqlıqları bərpa olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı