Avtoreyd.Az Gündəm Karantin postlarının qurulması ilə bağlı – DİN-dən açıqlama

Karantin postlarının qurulması ilə bağlı – DİN-dən açıqlama


Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nəfərdə COVID-19-un sürətlə yayılan Britaniya növünün aşkarlandığı açıqlanıb.
AvtoReyd.Az bildirir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan koronavirusun yeni növünün aşkarlanması ilə əlaqədar bayram günlərində rayonlara gediş-gəlişə qadağa qoyulacağı bildirilir. Hətta Bakıya giriş-çıxışla bağlı qadağaya nəzarət üçün polislərə göstəriş verildiyi, postların qurulmasına başlanıldığı iddia olunur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov modern.az-ın sorğusuna cavab olaraq, məlumatların həqiqətə uyğun olmadığını bildirib:
“Postların qurulması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar verilməlidir. Hazırda belə bir qərar yoxdur, polisə post qurulması ilə bağlı da göstəriş verilməyib. İnsanlar sərbəst şəkildə rayonlara gedib gəlir”.

Related Post

Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin təkliflərinə müsbət cavab verdiNazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin təkliflərinə müsbət cavab verdi

Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyası Bakı Nəqliyyat Agentliyinin metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı