Avtoreyd.Az Ölkə Ölkədə karantin rejimi ilə bağlı verilən yeni qərarlar – SİYAHI

Ölkədə karantin rejimi ilə bağlı verilən yeni qərarlar – SİYAHI


Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qısaca desək:

-Rayonlara gediş-gəliş sərbəstdir

-Kafe və restoranlar açıq olacaq

-Bakı metrosu iyunun 1-dək işləməyəcək

-Bayram günlərində ictimai nəqliyyatın hərəkəti dayandırılır

Related Post

Sabahın havasıSabahın havası

İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi