Avtoreyd.Az Çəkdiklərimiz,Gündəm Sürücülərin nəzərinə! Bu yolda qayda pozanları 60 manat cərimə gözləyir

Sürücülərin nəzərinə! Bu yolda qayda pozanları 60 manat cərimə gözləyir


Hər ölkədə avtomobil yollarını tənzimləyən Yol Hərəkəti Qaydaları var. Bildiyiniz kimi bu qaydalar istər piyadaların, istərsə də avtomobili idarə edən vətəndaşların həyati təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Bəzi yol hərəkət iştirakçıları bu qaydalarda nəzərdə tutlan qadağalara məhəl qoymur, nəticədə ya öz həyatlarını, ya da başqalarının həyatını ciddi təhlükə altına atmış olurlar. 

Belə yollardan biri paytaxın Yusif Səfərov prospektinin sonunda yer alan Babək və Heydər Əliyev prospektlərinin əvvəlindəki yolayrıcısıdır. Bir müddət əvvəl ərazidə DYP əməkdaşları nəzarət edərək cərimə və protokol tədbiq edirdilərsə artıq bu işi stasionar nəzarət kameraları (“Təhlükəsiz şəhər” kameraları), və ya “İ-Patrul” sistemi ilə təchiz edilmiş DYP avtomobillərinin kameraları vasitəsilə qeydə alır. Onlar qeydə alındıqdan sonra Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sistemində avtomatik olaraq elektron protokollar tərtib olunur. Odur ki, hörmətli sürücülər diqqətli olun.

Sonda xatırladım ki, Babək və Heydər Əliyev prospektlərinin əvvəlində örtük üzərində hərəkət zolaqlarının sərhədini ayıran 1.1 – nişanlanma xətti çəkilib. Və bu nişanlanma xətlərinin tələbinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə İXM-nın 327.2 maddəsinə əsasən 3 cərimə  balı və 60 manat məbləğində cərimə tədbiq edilir.

AvtoReyd.Az həmin ərazidən çəkilən görüntünü sizə təqdim edir:

Related Post

DYP-nin səlahiyyətlərindən biri ləğv edilir – Artıq avtomobillərin texniki baxışını aparmayacaqDYP-nin səlahiyyətlərindən biri ləğv edilir – Artıq avtomobillərin texniki baxışını aparmayacaq

Azərbaycanda Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərindən biri ləğv edilir.  AvtoReyd.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət