Avtoreyd.Az Nəqliyyat BNA sərnişinlərə müraciət edib

BNA sərnişinlərə müraciət edib


“Hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq”.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sərnişinlərə müraciətində bildirilir.

“Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz”, – deyə qurum bəyan edib.

AvtoReyd.Az

Related Post

Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir hissəsinin tikintisinə başlanılıbMuğanlı-İsmayıllı-Qəbələ yolunun bir hissəsinin tikintisinə başlanılıb

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması