Avtoreyd.Az Avtoxəbər Qeyri adi dizel ilə çalışan universal “Zaporojec” satışa çıxarıldı.

Qeyri adi dizel ilə çalışan universal “Zaporojec” satışa çıxarıldı.


Sovet dönəmindən qalan və satışa çıxardılan bu universal “Zaporojec” haggında heç kəs və heç vaxt hətta Zaporojye avtomobil zavodunda eşitməyib.
AvtoReyd.Az-ın verdiyi məlumata görə avtomobili Litvanın portallarından birində 3000 funta təklif olunur.
Buraxılış ili 1982-ci il olan bu avtomobilin sahibi onu ZAZ 968MDW adlandırır və iddia edir ki, o əla vəziyyətdədir.
Avtomobil 54-güclü dizel motoruyla təchiz edilmişdir və kuzov tipi isə universaldır.
Şayiələrə görə üç qapılı ZAZ 968 universal kuzovlu avtomobillər həqiqətən mövcud idi. O “Şüa” adlanırdı və bir neçə nüsxə həcmdə buraxılmışdı, amma onun haqqında rəsmi informasiya yoxdur.

AvtoReyd.Az

Related Post