Avtoreyd.Az Gündəm Adını siz qoyun…

Adını siz qoyun…


Mütamadi olaraq yol hərəkətin təşkili və ümumiyyətlə nəqliyyat sektoru haqqında ara sıra istər tənqidi, istərsə də marifləndirici yazılar yazırıq, amma görünür hələ bir çox qurumlar bunu ya icra etmək istəmir ya da başları digər işlərə qarışıqdır?! Bakı-Sumqayıt yolu haqqında bizimlə yanaşı bir çox mütəxəssislər həm deyir , həm də yazırlar.  Adı çəkilən yolun Beynəlxalq Avtovağzala dönən hissəsində yol hərəkətinin düzgün təşkil edilmədiyi dəfələrlə tənqid olunmağına baxmayaraq, gün ərzində çox sayda sürücü həmin yerdə qanunsuz olaraq cərimə olunur. Buna misal kimi inzibati xəta haqqında protokola qoşma olaraq bir sürücüyə göndərilən aşağıdakı fotoşəkilə diqqət yetirin:

 

 

Şəkildə ən qabaqda olan iki  avtomobilin yol nişanları ilə bağlı düşdüyü anlaşılmaz vəziyyət göz qabağındadır. Zolaqla düzünə hərəkət edərkən qəflətən özlərini nəqliyyat axınlarının ayran iki adacığın arasında görürlər. Bəla burasındadır ki, həmin adacıqlar bir-birinə bitişik haldadır və həmin yerə çatan sürücü irəli getsə də, sağa və ya sola dönsə də qayda pozmuş olur. Fotoşəkildən aydın göründüyü kimi, həmin yolda zolaqlarda hərəkət istiqamətlərini bildirən “Məlumatverici-göstərici nişanlar” (5.8.1, 5.8.2); yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərən “Yolların nişanlanması” xətləri; və ya yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərən 1.19 xəttindən əsər əlamət yoxdur. Ölkəmizdə ən müasir standartlara cavab verən yolların tikilib istifadəyə verildiyi bir vaxtda, bu cür qeyri-standart yol hərəkəti təşkil etmək və üstəlik sürücüləri qayda pozuntusunda günahlandırıb cərimə etməyin adını indi siz qoyun…

AvtoReyd.Az

Related Post