Avtoreyd.Az Nəqliyyat Bayram günündə avtobuslar işləyib işləməyəcəyi bəlli oldu

Bayram günündə avtobuslar işləyib işləməyəcəyi bəlli oldu


Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, məlum olduğu kimi 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

AvtoReyd.Az

Related Post