Avtoreyd.Az Nəqliyyat Paytaxtda iki müntəzəm marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

Paytaxtda iki müntəzəm marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib


Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə AvtoReyd.Az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Belə ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.

169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib.

Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək.

Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.

Related Post

Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir-Rəsmi xəərdarlıqŞəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir-Rəsmi xəərdarlıq

Paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. AvtoReyd.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə