Avtoreyd.Az Dağlıq Qarabağ münaqişəsi,Nəqliyyat İran Bakıdan Naxçıvana gedən avtobuslara qadağa qoyub? – RƏSMİ AÇIQLAMA

İran Bakıdan Naxçıvana gedən avtobuslara qadağa qoyub? – RƏSMİ AÇIQLAMA


Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

AvtoReyd.Az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də İran ərazisindən hərəkətini davam etdirir:

“Gün ərzində Bakıdan-Naxçıvan istiqamətində 2 avtobus yola çıxır. Biləsuvar sərhəd keçid məntəqəsində sərnişinlərdən PCR test götürülür. Bu test Azərbaycan vətəndaşları üçün ödənişsizdir” (trend).

Qeyd edək ki, hərbi mənbələrin məlumatına görə, ötən gün İran hava məkanını Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələr üçün bağlayıb. Bu istiqamətdə sərnişin təyyarələrinin hərəkətində isə məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu gün Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

AvtoReyd.Az

Related Post

Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin 23 küçə və yolun təmiri davam etdirilirCeyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin 23 küçə və yolun təmiri davam etdirilir

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları