Avtoreyd.Az Gündəm Parklanma ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Parklanma ilə bağlı qanunvericiliyə dəyişiklik edilir


Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

AvtoReyd.Az xəbər verir ki, bu, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar. Lakin parklanma yerlərində parklanmanın vaxtı və müddəti əlavə məlumat nişanları vasitəsilə məhdudlaşdırıla bilər və nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcək.

Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanunun hazırkı variantı isə belədir:

“Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər”.

AvtoReyd.Az

Related Post

Sürücüləri sevindirən xəbər – “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilirSürücüləri sevindirən xəbər – “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir

Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir. AvtoReyd.Az-in Trend-ə istinadən verdiyi məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir. Hazırda bu