Avtoreyd.Az Nəqliyyat Yeni Suraxanıda Mərkəzi küçənin təmir işləri yekunlaşır

Yeni Suraxanıda Mərkəzi küçənin təmir işləri yekunlaşır


Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Qurumdan AvtoReyd.Az – a verilən məlumata görə, Yenidənqurma işləri çərçivəsində vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçədə 2240 p/metr yeni piyada səkiləri inşa olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunur.
Sözügedən küçədə təmir işləri 12 min kv.m-dən çox sahədə aparılır.

Cari ilin “İnvestisiya Proqramına”na əsasən təmir işləri Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılıb. Torpaq əsaslı yollarda artıq asfalt işləri icra olunaraq yekunlaşdırılıb.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.  2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

Related Post

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanıldıXudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri çərçivəsində Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su

Paytaxtın daha bir yolunda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilibPaytaxtın daha bir yolunda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib

Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi