Avtoreyd.Az Dörd çarx DYP-dən sürücülərə VACİB XƏBƏR

DYP-dən sürücülərə VACİB XƏBƏR


Yük avtomobilləri əvvəlcə stasionar postda quraşdırılan tərəziyə çıxarılır. Normadan artıq yüklənən nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilmir. Görüntülər Qaradağ rayonunda yerləşən stasionar postandır.

AvtoReyd.Az xəbər verir ki, qaydaları pozan sürücülərə qarşı inzibati qaydada protokol tərtib olunub.

Baş Dövlət yol polisi idarəsinin əməkdaşı Toğrul Nəsirli “Xəzər Xəbər”ə bildirib ki, yük avtomobillərinin normadan artıq yüklə hərəkət etməsi yollarda ciddi problemlərə səbəb olur.

Qurum rəsmisi əlavə edib ki, qanunda göstərilən yük parametrlərini aşma halları müəyyən edilərsə, avtomobili idarə edən fiziki şəхslər 600 mаnаt, vəzifəli şəxslər 1400 manatdan 1700 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.

Related Post

Köçkünlər üçün salınan qəsəbədə dayanacaq yoxdur – sakinlər çətinlik çəkir – VİDEOKöçkünlər üçün salınan qəsəbədə dayanacaq yoxdur – sakinlər çətinlik çəkir – VİDEO

Mingəçevirdə məcburi köçkünlər üçün yeni salınan qəsəbənin ətrafında dayanacaqlar quraşdırılmayıb. Bu da həm sürücülərə, həm də sərnişinlərə çətinlik yaradır. Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər avtobus gözləyən zaman yayda ağacların altında dayanıb,