AvtoReyd.Az-ın məlumatına görə,530e iPerformance-ın yeni Sedanının nümayişi çərçivəsində şirkət elektrokarlar üçün simsiz yükləmələri nümayiş etdirdi.Onlar naqilli stansiyalarla müqaisədə 1,5 saat daha tez avtomobili şarj edirlər.BMW artıq 3,2 kilovatt gücünə malik qurğunun prototipini hazırlayıb. Platformanın daxilində ötürən və avtomobilin daxilində isə qəbul edən sarğılar mövcuddur.Beləliklə avtomobil daxilində yerləşən sarğıların arasında maqnit sahəsi vasitəsilə verilən cəryranın hesabına enerji toplayır.

Başlanğıc üçün platformanın üzərində avtomobili park edərək yerləşdirmək lazımdır ki,batareya ilə qurğu eyni səviyyədə olsun.Elektrokar sahiblərin çoxu indiyə qədər avtomobillərini daim yenidən şarj etməyi unudurlar. BMW yükləməni bazara növbəti ildə buraxmaq niyyətindədir.

 

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.