Avtoreyd.Az Avtoxəbər Renault Duster Global NCAP kraş-testində heç bir ulduz almadı(Video+Foto)

Renault Duster Global NCAP kraş-testində heç bir ulduz almadı(Video+Foto)


AvtoReyd.Az xəbər verir ki,Global NCAP hind bazarında satılan Renault Duster krossoverin kraş-testlərini  keçirdi. Baza komplektasiyasında heç bir təhlükəsizlik yastıqı olmayan Daster  sınaqlardan keçə bilməyərək nə bir ulduz,nə bir bal belə qazanmayıb.

Global NCAP Kraş-testi  saatda 64 kilometr və ön zərbəni nəzərdə tutur. Maneəylə Daster toqquşması zamanı sürücünün başı sükana, yanında oturan sərnişin isə torpedaya dəyir. Mütəxəssislər qeyd ediblər ki,yüksək yüklənmə həmçinin çanaq-bud və sinə sahəsində qeyd edilmişdi.

Əlbəttə, müvəffəqiyyətsiz nəticələrə Renault şirkəti təşkilata təkrar kraş-testi keçirməyi xahiş edərək reaksiya verdi , amma artıq təhlükəsizlik yastıqi ilə təchiz edilmiş formada. Eyrbeq krossoverə maksimal mövcud 17-dən 9 bal yığmağa kömək edib ki,buda Global NCAP reytinqinin üç ulduzuna ekvivalentdir. Ancaq, başın müdafiəsi yenə də qeyri-kafidir və döş qəfəsi üçün travma almaq riski saxlanır.

Xatırladaq ki, Avropada satılan Duster ən azı  dörd təhlükəsizlik yastıqı ilə təchiz edilir, bunun sayəsində 2011-ci ildə Euro NCAP testlərində model üç ulduz alıb.

AvtoReyd.Az

Related Post