Bakıda bir neçə yolda sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən “APA”ya verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda – Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib.

Məqsəd, yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.