Avtoreyd.Az Dörd çarx,Без рубрики Keyfiyyətsiz yanacağı necə müəyyən etmək olar?

Keyfiyyətsiz yanacağı necə müəyyən etmək olar?


Benzin və ona əlavə edilən qatqılar sürücülər üçün ən aktual mövzulardan biridir. Çünki mühərrikin tez sıradan çıxmasının əsas səbəblərindən biri də, keyfiyyətsiz yanacaqdır. Yanacağın (benzinin) keyfiyyəti dedikdə onun tərkibindəki zərərli elementlərin – kükürd, qurğuşun birləşmələri, aromatik karbohidrogenlər, qətran və s. miqdarı başa düşülür.

1. Əl altında heç bir vasitələri tələb etmyən ən sadə üsul. 

Dəriyə bir az benzin damcıladaraq  barmaqla ovmaq lazımdır. Əgər dərinin üzü qurudursa, deməli belə benzinə etibar etmək olar. Əgər dəridə yağ ləkəsi və ya iz qalırsa, şübhələnməyə əsas var.

2. Növbəti sınaq üçün təmiz kağız vərəqi lazım olacaq. Onun benzinlə azca isladacaqsınız. Vərəqin üzündən mayenin tam buxarlanmağını gözləyin. Əgər qarşınızda  təmiz vərəqdirsə, belə yanacaqdan cəsarətlə istifadə edə bilərsiniz. Əgər kağız vərəqində piyli ləkələr qaldısa  bu tərkibi heçdə qatqısız benzin deyil və onu almaqdan çəkinin.

3. İndi yanacağın tərkibində qətranın mövcudluğunu  yoxlayacağıq. Bunun üçün şüşəyə benzini damcıladıqdan sonra damcını yandırmaq lazımdır. Şüşədə yaranmış ağ ləkə qətranın tamamilə olmadığından xəbər verir,əgər varsa da son dərəcə əhəmiyyətsiz miqdardadır. Sarı və ya qəhvəyi ləkələrin yaranması əmin ola bilərsiniz  ki,qətranın miqdarın mümkün konsentrasiyanı ötməsindən xəbər verir. Bu üsulla diqər qatqıları da aşkar etmək olar. Məsələn, əgər şüşədə bir neçə damcı qalıbsa, bu yanacaqda dizel yağlarının olması haqqında deməyə əsas verir.

4.İyə həssas olan insanlar üçün  qatqıların mövcudluğunu müəyyən etmək bir o gədərdə çətin deyil.Kükürdün qoxusunun mövcudluğu benzinində hidrogen sulfidin  olmasını fərz etməyə imkan yaradır. Ola bilsin ki, orada naftalin var. Hər halda, zəhərli qatqıların orada dəqiq olması müəyəndir və belə benzini almaq tövsiyə olunmur.

AvtoReyd.Az

Related Post

Bu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcəkBu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcək

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində