Avtoreyd.Az Gündəm Oliqarxın oğlunun “Gelandewagen”i avtoxuliqanlığa görə müsadirə olundu

Oliqarxın oğlunun “Gelandewagen”i avtoxuliqanlığa görə müsadirə olundu


Rusiyada “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun “Mercedes-Benz Gelandewagen” markalı cipi dövlətin xeyrinə müsadirə olunub. 
AvtoReyd.Az SİVİL.AZ-a istinadən xəbər verir ki, buna səbəb oliqarxın ərköyün oğlunun növbəti dəfə həmin avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair videokadrların sosial şəbəkələrdə yayılmasıdır. Həmin kadrlarda Şamsuvarovun “Gelandewagen”i yolun ayırıcı zolağının üstü ilə sürdüyü əks olunur.
Məhkəmənin qərarına görə avtomobil Şamsuvarovdan müsadirə edilərək dövlət əmlak xidmətinin balansına verilib. Avtomobil daha sonra hərracda satılacaq, pulu dövlət büdcəsinə köçürüləcək. Əslində avtomobilin müsadirə olunması barədə qərar ötən ilin oktyabrında çıxarılmışdı. Lakin belə görünür ki, avtomobili oliqarxın oğlundan hələ almamışdılar və o, növbəti dəfə avtoxuliqanlıq edib. İndi isə məhkəmə qərarı icraya yönəldilib və “Gelandewagen” evakuatorla aparılıb.

Related Post

Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər – Qanunun bu tələbi niyə icra olunmur? (Video)Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər – Qanunun bu tələbi niyə icra olunmur? (Video)

Vətəndaş parklanma yerinin yaxınlığında yaşayırsa, müraciəti əsasında duracaq yeri ona pulsuz parketmə talonu verməlidir. Xezerxeber.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda öz əksini tapıb. Ancaq təcrübədə qanunun bu tələbi