Avtoreyd.az bildirir ki, “Şəhər Günü” şərəfinə Peterburqda keçirilən retro-avtomobillərin paradı zamanı, ilk dəfə olaraq Rusiyanın pilotsuz avtobusu MatrЁshka da iştirak edib. Doğrudur, təhlükəsizlik naminə idarəetməni kompüterə etibar etməyərək, sürücüyə həvalə ediblər.
Rusiyanın Şimal paytaxtının şərəfinə təşkil edilən irimiqyaslı tədbirdə bu il 145 avtoraritet iştirak edib. Parad yürüşünü reallaşdırmaq üçün həm muzeylər, həm də şəxsi kolleksiyaçılar texnika təqdim edib.
Qeyd edək ki, üçüncü dəfə keçirilən avtoparadda ilk dəfə olaraq iştirak edən Rusiya istehsalı olan MatrЁshka-nın yəni pilotsuz avtobusun, 2018-ci ildə keçiriləcək dünya çempionatı zamanı açıq xəttə buraxılması planlaşdırılır.