Avtoreyd.Az Avtoxəbər Lamborghini şirkəti Diablo GT1 Stradale unikal modelini təqdim edib-VIDEO

Lamborghini şirkəti Diablo GT1 Stradale unikal modelini təqdim edib-VIDEO

| | 0 Comments | 02:03

 

Avtoreyd.az bildirir ki, Lamborghini şirkəti yarış modelinin prototipi Diablo GT1 Stradale-ni nümayiş edib. Bu model, Porsche 911 GT1 və McLaren F1 GTR modellərinə rəqib olaraq hazırlanıb.

Dünyada cəmi iki belə avtomobil mövcuddur. Onlardan biri Avropada, digəri isə Yaponiyada, kolleksiyada saxlanılır. Yarış avtomobili layihəsinin işi dayandırıldığından, daha belə maşınlar buraxılmır.

GT1 Stradale modeli Fransanın Signes Advanced Technology  zavodu tərəfindən istehsal edilib. Avtomobildə 655 at gücünə malik 6 litrlik V12 mühərriki quraşdırılıb. Stradale-nin kuzovu karbon lifindən hazırlanıb, elə buna görə də zahirən Diablo-nun başqa modifikasiyalarından kəskin fərqlənir.

Daxildən avtomobil pedallar üçün nəzərdə tutulan xüsusi qutuyla, açıq dəyişdiricilərlə, həmçinin yarış avtomobilinə lazım olan bütün digər detallarla təchiz edilib.

http://https://www.youtube.com/watch?v=Y6ubbarez-A

Related Post

204 nömrəli avtobusda özbaşınalıq – marşrut sahibi biabırçılığa haqq qazandırır – VİDEO204 nömrəli avtobusda özbaşınalıq – marşrut sahibi biabırçılığa haqq qazandırır – VİDEO

Sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi avtobus sürücüləri hələ də buna məhəl qoymur. AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət “Koroğlu” metrostansiyasından Ramana kəndinə gedən 204 nömrəli marşrut

Nikah şəhadətnaməsi həm də etibarnaməni əvəz edir – Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər – VİDEONikah şəhadətnaməsi həm də etibarnaməni əvəz edir – Qadın ərinin maşınını etibarnaməsiz idarə edə bilər – VİDEO

Nikah şəhadətnaməsi həm də etibarnamədir. Avtoreyd.az-in Xezerxebere-a istinadən verdiyi məlumatına görə etibarnəmə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar. Amma bunun üçün gərək cütlüyün nikah şəhadətnaməsi ola. Yəni yol polisinə sürücülük