Avtoreyd.Az Gündəm Qeyri-sabit hava davam edəcək, intensiv yağış, dolu gözlənilir

Qeyri-sabit hava davam edəcək, intensiv yağış, dolu gözlənilir


 

Mayın 24-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, havanın temperaturunun gecə 15-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti, Bakıda gecə  15-17 isti, gündüz  23-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17 dərəcə isti, gündüz  23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

AvtoReyd.Az

 

Related Post

Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub (Foto)Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub (Foto)

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub. Bunu AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais